Digər · APA Sport
“Şəfa”dan “Şahdağ Qusar”a - RƏSMİ

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi yarımmüdafiəçi Xəyal Tomarovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Tomarovun son klubu “Şəfa” olub.