İdman24
Digər · APA Sport

Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə

Son olaraq BƏƏ-nin “Əl-Vahda” klubunda çıxış edən Duşan Tadiçin yeni komandası müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Niderlandın “Voetbal International” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, NEC 37 yaşlı futbolçu ilə 2 illik müqavilə barədə razılığa gəlib. Serbiyalı oyunçunun yaxın günlərdə tibbi müayinədən keçmək üçün Nijmegenə yollanacağı qeyd olunub.

NEC-in texniki heyət üzrə məsul şəxsi Karlos Aalbers bir müddət əvvəl Tadiçin transferinin maliyyə baxımından mümkün olmadığını bildirmişdi. O, transfer pəncərəsinin sonrakı mərhələsində vəziyyətin dəyişə biləcəyini də istisna etməmişdi.

Qeyd edək ki, NEC bundan əvvəl türkiyəli futbolçu Emre Moru da heyətinə qatıb.

Orijinal mənbə

İdman24 əsas səhifə