Digər · APA Sport
Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Sahib Məmmədov heyətə 11 futbolçunun adını daxil edib.
Qapıçılar: Elçin Qasımov, Emil Omarov
Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.
Qeyd edək ki, komanda bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq. B Liqasının B qrupunda yer alan milli iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.