İdman24
Futbol · APA Sport

Çempionlar Liqası: “Sabah”ın “Barselona” sınağı - YENİLƏNİR

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri V tur çərçivəsində İspaniyanın “Barselona” komandasını qəbul edəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.

21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)

Stadion: Bakı Olimpiya Stadionu

Orijinal mənbə

İdman24 əsas səhifə