Digər · APA Sport
“İmişli”də yeni təyinat

Əhməd Şeyubov "İmişli"də Sosial və Ətraf Mühit Dayanıqlılığı üzrə menecer vəzifəsinə təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, yeni vəzifəsində sosial dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətin təşkili və bu sahələrdə müvafiq layihələrin inkişafı üzrə çalışacaq.