İdman24
Futbol · APA Sport

"Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda

Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Azarkeşlər biletləri iTicket.az platformasından onlayn, həmçinin oyun günü stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, stadionun qapıları matçın start fitindən 120 dəqiqə əvvəl azarkeşlərin üzünə açılacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə