İdman24
Digər · Report İdman

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 23° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib Fərdi 01 oktyabr, 2026 18:46 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm, ASF-nin prezidenti Zaur Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində ilk söz gənclər və idman naziri Fərid Qayıbova verilib. O, çıxışında Azərbaycanın hər il müxtəlif mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının ölkədə bu sahənin inkişafına, müasir infrastrukturun yaradılmasına və Azərbaycanın beynəlxalq səviyyəli yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ilk dəfə Dünya Kubokunun Azərbaycanda keçirildiyini qeyd edib və bu münasibətlə iştirakçıları təbrik edib.

Daha sonra Zaur Əliyev çıxış edib, bu tarixi məqamın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Federasiya prezidenti ölkəmizin ilk dəfə üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bu yarışın ölkəmizə göstərilən dəstəyin təzahürü olduğunu vurğulayıb.

Son olaraq çıxış üçün söz Hüseyn Əl-Müsəlləmə verilib. O, Bakıda təşkil olunan Dünya Kubokunun açılışında iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Hüseyn Əl-Müsəlləm belə yüksək səviyyəli yarışın təşkilinə göstərilən səyləri qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Üzgüçülük Federasiyasına, təşkilat komitəsinə təşəkkürünü çatdırıb.

Çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca açılış mərasimi şou proqramı ilə davam edib.

Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Foto Samirə Həsənova Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Баку состоялась церемония открытия Кубка мира по плаванию "Шелковый путь" USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 19:44 Qəribabadi: ABŞ nüvə tərksilahına sadiq olmalıdır Region 19:31 Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb Xarici siyasət 19:18 Foto AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar Xarici siyasət 19:04 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Hadisə 18:59 Elşad Cəbrayılov: Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır Sağlamlıq 18:57 Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var Hadisə 18:50 Foto AQTA: Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb Hadisə 18:46 Foto Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib Fərdi 18:41 Foto Zaqrebdə Azərbaycan mədəniyyəti gecəsi keçirilib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə