Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 22° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür Qarabağ 20 sentyabr, 2026 00:05 Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
"Report" xatırladır ki, bununla bağlı Sərəncam 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Dövlət Suverenliyi Gününün təsis olunmasına səbəb Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-da Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə bağlı olub.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
2023-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.
Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Beləliklə, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Xəbərlər Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано Азербайджан отмечает День государственного суверенитета USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 02:07 "Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb Digər ölkələr 01:49 Foto Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb Fərdi 01:34 ABŞ-də dizelin qiyməti rekordu yeniləyib Digər ölkələr 01:06 Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb Digər ölkələr 00:37 Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb Digər ölkələr 00:10 Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Qarabağ 00:05 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Daxili siyasət 00:05 Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür Qarabağ 00:00 Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir Qarabağ Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.