Döyüş İdmanı · APA Sport
Dakar-2026: Boksçumuz yarımfinalda

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın boksçusu Gülər Hüseynova ilk görüşdə qələbə qazanaraq yarımfinala adlayıb.
Apasport.az xəbər verir ki, bu qələbə ilə 51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ən azı bürünc medalı təmin edib.
Boks yarışlarında mükafatçıların yekun siyahısı və final döyüşləri noyabrın 12-də bəlli olacaq.