"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır Futbol 20 oktyabr, 2026 17:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır.
Bunu "Report" a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.
Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:
"Hazırda bu işin üzərində çalışırıq. Komandamızın prezidenti Kamran Eyyubov mövcud məsələdə çox həssasdır. Əcnəbi məşqçilərin keçmişinə nəzər yetiririk. Rəhbərlik daha çox uğurları olan məşqçilərə üstünlük verir. Yerli mütəxəssislə anlaşacağımıza inanmıram. Daha çox xarici məşqçilərin üzərində dayanmışıq. İstərdik ki, ispaniyalı mütəxəssislə işləyək. Onların futbolunu çox bəyənirik. Lakin indiki vəziyyətdə dəqiq nəsə demək olmur. İspaniyalı mütəxəssislə yanaşı, başqa ölkələrdən olan baş məşqçilərə də nəzər yetiririk".
Xatırladaq ki, "İmişli" kollektivi bir neçə gün öncə baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Komandaya müvəqqəti olaraq köməkçi məşqçi Ervins Perkons rəhbərlik edir.
"İmişli" hazırda Misli Premyer Liqasında 7 xalla doqquzuncu sırada yer alıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:26 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Maliyyə 18:20 Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır Xarici siyasət 18:16 BP: "Şahdəniz" layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib Energetika 18:15 ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib Digər ölkələr 18:09 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Milli Məclis 18:07 Foto Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət siyasəti 18:06 Foto Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib Xarici siyasət 18:06 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Xarici siyasət 17:57 Luka Nikulesku Rumıniyanın yeni Baş naziri olub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.