İdman24
Döyüş İdmanı · APA Sport

Boksçumuz Avropa çempionu olub

Azərbaycan boksçusu Sübhan Məmmədov Avropa çempionu olub.

Apasport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib. Hər üç raundu üstün tamamlayan Məmmədov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Digər Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (75 kq) da finala vəsiqə əldə edib. Dünya çempionatının mükafatçısı yarımfinalda İngiltərə təmsilçisi Kalum Meyki 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Cəfərov sentyabrın 25-də keçiriləcək final döyüşündə Rusiya boksçusu İsmayıl Mutsolqovla qarşılaşacaq.

Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub. Bir gün əvvəl Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 25-də çempionatın son günündə Səidcəmşid Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə