İdman24
Basketbol · APA Sport

Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri

Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, gecənin ən diqqətçəkən hadisəsi “Los-Anceles Leykers”in ulduzu Luka Donçiçin möhtəşəm çıxışı olub.

Sloveniyalı basketbolçu “Yuta Cazz”la səfər qarşılaşmasında 52 xal toplayaraq komandasının 132:123 hesablı qələbəsində əsas pay sahibi olub.

Donçiç 8 ribaund və 10 məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu, NBA-nın 2026/27 mövsümündə qeydə alınan ilk 50 xallıq fərdi performans olub. “Leykers”in digər basketbolçusu Ostin Rivz 29 xal toplayıb. “Yuta”da isə Lauri Markkanen 28 xalla fərqlənib.

Los-Anceles təmsilçisi görüşün gedişində 18 xal geri düşməsinə baxmayaraq, geridönüş edərək mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Gecənin digər qarşılaşmalarında “Oklahoma-Siti Tander” “Los-Anceles Klippers”i 108:101 hesabı ilə məğlub edib. Şey Gildceus-Aleksander 34 xalla qələbənin əsas memarı olub.

“İndiana Peysers” “Bruklin Nets” üzərində 136:109 hesablı qələbə qazanıb. “Orlando Mecik” isə son çempion “Nyu-York Niks”i 111:102 hesabı ilə üstələyib.

NBA-da gecənin bütün nəticələri:

“Yuta Cazz” – “Los-Anceles Leykers” – 123:132

“Bruklin Nets” – “İndiana Peysers” – 109:136

“Minnesota Timbervulvz” – “Toronto Reptors” – 117:94

“Nyu-York Niks” – “Orlando Mecik” – 102:111

“Oklahoma-Siti Tander” – “Los-Anceles Klippers” – 108:101

“Filadelfiya 76ers” – “Detroit Pistons” – 93:106

“Sakramento Kinqs” – “Memfis Qrizzlis” – 112:123

Orijinal mənbə

İdman24 əsas səhifə