İdman24
Digər · APA Sport

Ostervolde “Roma” yolunda - “Fənər” nə qədər qazanacaq?

“Roma” “Fənərbaxça”nın müdafiəçisi Ceyden Ostervoldeni heyətinə qatmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

“Canavarlar” niderlandlı müdafiəçi üçün satınalma şərti ilə icarə təklifi göndərib.

Mənbənin iddiasına görə, transferin ümumi dəyəri bonuslarla birlikdə 20 milyon avroya yaxın ola bilər.

İtaliya klubu 24 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib.

Qeyd edək ki, “Fənərbaxça” Ceyden Ostervoldeni 2023-cü ilin yanvarında “Parma”dan 6 milyon avroya transfer edib.

Orijinal mənbə

İdman24 əsas səhifə