İdman24
Digər · Report İdman

"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib Energetika 17 oktyabr, 2026 01:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının final turu keçirilib.

"Report" xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.

Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işləri və Ümumrespulika Yarışının regional turlarını əks etdirən video çarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda 11 regional turun qalibi olmuş komandalar; "Astara EŞ", "Göyçay EŞ", "Xaçmaz EŞ", "Xankəndi EŞ", "Qax EŞ", "Qazax EŞ", "Salyan EŞ", "Sumqayıt EŞ", "Şahbuz EŞ", "Yasamal RETSİ", "Zərdab EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə şəkil, stuasiya, açıq və qarışıq tipli 20 sualı cavablandırıblar.

İkinci mərhələdə iştirakçılar peşə bacarıqlarını göstəriblər. Energetiklər ssenariyə uyğun olaraq ardıcıl praktiki tapşırıqları – elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatlarını yerinə yetiriblər.

Üçüncü mərhələdə "Bilik və bacarıqdan innovasiyaya" innovativ həllər müsabiqəsində yarış iştirakçıları əvvəldən hazırladıqları layihələri təqdim ediblər.

Yekun nəticələrə əsasən "Yasamal RETSİ" komandası birinci, "Xaçmaz EŞ" ikinci, "Astara EŞ" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Aqşin Rafiqoğlu Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 02:18 AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq Digər ölkələr 01:50 Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub Region 01:28 Foto "Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib Energetika 00:56 Foto Video "Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi? Daxili siyasət 00:46 Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib Region 00:09 Foto Video Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var Hadisə 00:01 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Daxili siyasət 00:00 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Daxili siyasət 23:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub olub Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə