İdman24
Digər · APA Sport

Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı

“Trabzonspor” rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib.

Apasport.az xəbər verir ki, Türkiyə klubu bununla bağlı rəsmi açıqlama yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis “Ferentsvaroş”la oyundan sonra məğlubiyyətin yaratdığı emosional vəziyyətdə istefa qərarı verib.

Klub rəhbərliyi Tekkenin vəzifəsində qalmasına qərar verib.

48 yaşlı mütəxəssis Super Liqada “Amedspor”la keçiriləcək növbəti qarşılaşmada da komandanın başında olacaq.

Fatih Tekke ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Ferentsvaroş”a 0:4 hesablı məğlubiyyətdən sonra canlı yayımda istefa verdiyini açıqlamışdı.

“Trabzonspor” iki görüşün nəticəsinə görə 0:5 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.

Qeyd edək ki, “Trabzonspor” avrokuboklarda mübarizəni tam dayandırmayıb. Türkiyə təmsilçisi yoluna UEFA Konfrans Liqasının liqa mərhələsində davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə