İdman24
Digər · APA Sport

Millimiz İraqla qarşılaşacaq

Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığma İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq.

Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə