İdman24
Döyüş İdmanı · APA Sport

Günay Qurbanova dünya çempionatının finalında

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda argentinalı Kamila Amarilla ilə qarşılaşıb.

Qurbanova rəqibini məğlub edərək qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.

Qeyd edək ki, o, oktyabrın 16-da keçiriləcək finalda Ukrayna təmsilçisi Alina Filipoviçlə üz-üzə gələcək.

Orijinal mənbə

İdman24 əsas səhifə