İdman24
Futbol · APA Sport

“Sumqayıt”dan növbəti transfer

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Kimyaçılar" braziliyalı müdafiəçi Renan Santananı sıralarına cəlb edib.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Santananın son klubu Portuqaliyanın "Famalikao" komandası olub.

"Atletiko Mineyro" klubunun yetirməsi olan müdafiəçi "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə