İdman24
Futbol · Report İdman

ING qrupu: Azərbaycanın büdcə tarazlığı üçün neftin qiyməti 70 dollara yaxın olmalıdır - Eksklüziv

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika ING qrupu: Azərbaycanın büdcə tarazlığı üçün neftin qiyməti 70 dollara yaxın olmalıdır - Eksklüziv Maliyyə 21 noyabr, 2026 13:57 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Niderlandın ING bank qrupu Azərbaycanın 2027-ci il üçün fiskal kəsmə qiymətini (icmal büdcənin zərərsizlik qiyməti) bir barel neft üçün təxminən 70 ABŞ dolları səviyyəsində müəyyən edir.

Bunu "Report" a ING-nin Qafqaz, Mərkəzi Asiya ölkələri və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.

O izah edib ki, ölkədə neft hasilatının həcminin azalması büdcənin tarazlığını təmin etmək üçün zəruri olan "Brent" markalı neftin qiymətinə artan təzyiq yaradan amillərdən biri kimi çıxış edir. Bununla belə, ING-nin 2027-ci il üçün fiskal zərərsizlik nöqtəsi üzrə qiymətləndirməsi ( 70 dollar/barel) hələ də qrupun analoji dövr üçün "Brent"in bir barel üzrə 77 ABŞ dolları təşkil edən orta qiyməti ilə bağlı proqnozundan aşağıdır.

"Bunu nəzərə alaraq, biz icmal büdcənin (Azərbaycanın - red.) ÜDM-in təxminən 1 %-i səviyyəsində orta səviyyəli profisiti qoruyub saxlayacağını proqnozlaşdırmağa davam edirik", - D. Dolqin qeyd edib.

Bank qrupunun iqtisadçısı vurğulayıb ki, baza ssenarisinə əsasən, dövlət xərclərinin cari proqnozlardan əhəmiyyətli dərəcədə sürətlə artmaması halında mövcud büdcə trayektoriyası ölkənin suveren yığımlarının tükənməsinə gətirib çıxarmayacaq.

ING-nin hesablamalarına görə, fiskal mövqenin dayanıqlığı ÜDM-in təxminən 115 %-i səviyyəsində qiymətləndirilən suveren aktivlərlə, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ÜDM-in təxminən 100 %-i səviyyəsində olan aktivləri ilə də dəstəklənir.

Uzunmüddətli perspektivlərə toxunan D.Dolqin əlavə edib ki, Azərbaycanın büdcə dayanıqlığı özəl sektorun inkişaf templəri ilə getdikcə daha çox müəyyən olunacaq. Onun fikrincə, özəl biznesin rolunun güclənməsi iqtisadi artımın birbaşa dövlət xərclərindən asılılığını azaltmağa imkan verəcək və büdcənin xərc hissəsi tərəfindən neftin fiskal kəsmə qiymətinin azaldılmasına kömək edəcək.

Daha əvvəl qeyd edildiyi kimi, ING-nin proqnozlarına görə, 2027-ci ildə Azərbaycanda ÜDM artımı 3 %-ə qədər sürətlənəcək.

Azərbaycanın gələn il üçün icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti təxminən 2 % səviyyəsində ( 2,8 milyard manat kəsirlə) proqnozlaşdırılır. Bununla yanaşı, dövlət büdcəsinin kəsirinin təxminən 3,1-3,2 milyard manat və ya ÜDM-in 2,2 %-i səviyyəsində olacağı gözlənilir.

Gələn il ümumi daxili məhsulun həcmi 141 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 2,7 % real artım deməkdir.

Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsində "Azeri Light" markalı neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Kamran Qasımov Sosial şəbəkələrdə paylaşın Kopyalandı ING оценивает фискальную цену безубыточности бюджета Азербайджана на 2027 год в $70 за баррель - Эксклюзив ING puts Azerbaijan's 2027 fiscal breakeven oil price at around $70 per barrel – Exclusive --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 03:37 Foto Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb Region 03:11 WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib Digər ölkələr 02:36 Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib Digər ölkələr 02:12 "Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb Futbol 01:44 İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib Region 01:22 Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub Digər ölkələr 01:02 Foto Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib Region 00:45 Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib Digər ölkələr 00:21 SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə