İdman24
Digər · APA Sport

Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin səhhətində problem yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə “Il Mattino” nəşri məlumat yayıb.

Şotlandiyalı futbolçunun ayağında yaranan qabarcıqlar onun tam gücü ilə məşq etməsinə mane olur. Maktominey hazırda məşq prosesində yüklənmələri azaltmaq və vaxtaşırı dayanmaq məcburiyyətində qalır.

29 yaşlı yarımmüdafiəçinin vəziyyəti sentyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı ətraflı yoxlanılacaq. Tibbi müayinələrin nəticəsindən asılı olaraq onun əməliyyat olunması da istisna edilmir. Hətta Maktomineyin Şotlandiya millisinin toplanışını buraxaraq müalicəyə fokuslanması variantı nəzərdən keçirilir.

Bu xəbər futbolçunun gələcəyi ilə bağlı transfer iddialarının gündəmdə olduğu vaxta təsadüf edib. Son günlər Maktomineyin adı “Fənərbaxça” ilə hallanır. Türkiyə mətbuatında İstanbul klubunun onun üçün 30 milyon avroya yaxın məbləğ ayırmağa hazır olduğu iddia edilsə də, tərəflər arasında rəsmi razılaşma barədə məlumat yoxdur.

Qeyd edək ki, Maktominey 2024-cü ildən “Napoli”nin formasını geyinir.

Orijinal mənbə

İdman24 əsas səhifə