İdman24
Futbol · APA Sport

DÇ-2026: Meksika 1/8 finala yüksəldi - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Meksika və Ekvador milliləri üz-üzə gəlib

Haca şəraitinə görə 1 saat ertələnən görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

Oyunda hesab 22-ci dəqiqədə açılıb. Kinyones baxımlı qolla Meksikanı hesabda önə keçirib: 1:0. Çox keçmədən Meksika daha bir qol vurub. 31-ci dəqiqədə Raul Ximenez fərqi artırıb: 2:0.

Matçda başqa qol vurulmayıb və Meksika millisi adını pley-offa yazdırıb.

Meksika 1/8 final mərhələsində İngiltərə – Konqo Demokratik Respublikası duelinin qalibi ilə üz-üzə gələcək.

DÇ-2026 1/16 final 1 iyul 05:00. Meksika – Ekvador 2:0

Qol: Kinyones, 22, R. Ximenez, 31

Meksika : Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenes, Kinyones

Ekvador : Qalindes, Hinkapie, Paço, Ordonez, Franko, Anqulo, Vite, Kaysedo, Yeboah, Valensiya, Plata

Orijinal mənbə

İdman24 əsas səhifə