İdman24
Digər · APA Sport

Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atıb

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub.

Apasport.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb.

Bununla ən azı üçüncü yeri təmin edən Onur, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edəcək idmançılarla (Luis Fegerl-Ladimir Mayorov) qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə