İdman24
Futbol · APA Sport

DÇ-2026-da ilk əlavə vaxt - Almaniya və Paraqvay 90 dəqiqəyə "sığmadı"

DÇ-2026-da əlavə vaxta gedən ilk qarşılaşma Almaniya - Paraqvay oyunu olub.

Apasport.az xəbər verir ki, 1/16 final mərhələsində keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Bu, Almaniyanın dünya çempionatları tarixində əlavə vaxta gedən 12-ci oyunu kimi qeydə alınıb.

Bundən əvvəl almanlar mundiallarda 1966-cı ildə İngiltərə, 1970-ci ildə İngiltərə və İtaliya, 1982-ci ildə Fransa, 1986-cı ildə Meksika, 1990-cı ildə İngiltərə, 2006-cı ildə Argentina və İtaliya, 2010-cu ildə İngiltərə, 2014-cü ildə Əlcəzair və Argentina ilə oyunlarda əlavə vaxt oynamışdı.

Paraqvay üçün isə bu, dünya çempionatları tarixində 3-cü əlavə vaxtdır.

Cənubi Amerika təmsilçisi 1998-ci ildə Fransaya əlavə vaxtda “qızıl qol”la uduzub, 2010-cu ildə isə Yaponiya ilə 0:0 bitən oyunda penaltilər seriyasında qalib gəlib.

Orijinal mənbə

İdman24 əsas səhifə