Digər · APA Sport
Azərbaycan sumoçuları Avropa çempionatında dörd medal qazanıblar

Azərbaycan sumoçuları Șotlandiyanın Stirlinq şəhərində keçirilmiş Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası açıqlayıb.
Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata sahib çıxıb. Azərbaycan millisi komanda yarışında da bürünc medal qazanıb.
Qeyd edək ki, bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda keçiriləcək.