Digər · APA Sport
"Roma"dan yeni səfər forması - tarixi gerbə qayıdış - FOTO

İtaliyanın "Roma" klubu 2026/2027 mövsümü üçün səfər formasını təqdim edib.
Apasport.az xəbər verir ki, formanın dizaynında ağ rəng əsas götürülüb.
Sinə hissəsində sarı-qırmızı zolaq, onun mərkəzində isə klubun 1938-ci ildə təqdim edilən tarixi gerbi yerləşdirilib. Sözügedən gerbdən müəyyən dəyişikliklərlə 1946/1947 mövsümünədək istifadə olunub.
Formanın yaxa hissəsinin altında "Adidas"ın qırmızı rəngli klassik üçyarpaq loqosu əks olunub. Yaxanın arxa tərəfində isə "ROMA CHIAMO" ifadəsi yazılıb.
Klubun açıqlamasında bildirilib ki, yeni forma "Roma"nın azarkeşləri, tarixi və ənənələri ilə bağlılığını simvolizə edir.