Digər · APA Sport
Alissona beş ölkədən təklif var

“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Beker karyerasını başqa klubda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 34 yaşlı qolkiper İngiltərəni tərk etməyi düşünür.
Braziliyalı futbolçunun xidmətində bir sıra klublar maraqlıdır. Ona Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, İtaliya və Braziliya təmsilçilərindən təkliflər gəlib.
Alissonun əsas istəyinin vətəninə qayıtmaq olduğu bildirilir. Onun sabiq klubu “İnternasional” təcrübəli qapıçıya ikiillik müqavilə təklif edib. Lakin futbolçu gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.
Qeyd edək ki, Alissonun “Liverpul”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. Braziliyalı qolkiper daha əvvəl “İnternasional” və “Roma”nın da formasını geyinib.