Formula 1 · F-1.az
Ceyms Vaulz: İrəliyə doğru addım atılıb, amma bu kifayət deyil

Williams komandasının hər iki sürücüsü komandanın rəsmi press-relizində Bakıda təqdim olunan texniki yeniliklərin ümumilikdə müəyyən effekt verdiyini, sadəcə bunun hələ nəticələrdə görünmədiyini bildiriblər. trasda işin ilk gününün yekunlarını Sky telekanalının efirində komandanın rəhbəri Ceyms Vaulz şərh edib və o da irəliləyişin olduğunu, lakin bunu şişirtməmək lazım gəldiyini vurğulayıb.