Digər · APA Sport
Harri Keyn: “Hamımız çox məyusuq”

İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli hücumçu nəticəyə görə məyusluğunu gizlətməyib.
“Çox məyusam. Komandam, azarkeşlərimiz və məşqçilər korpusu adından da deyə bilərəm - hamımız çox kədərliyik. Xalqımızdan üzr istəyirəm”, – deyə Keyn bildirib.
Qeyd edək ki, İngiltərə bu məğlubiyyətlə dünya çempionatında mübarizəni dayandırıb. Argentina isə finala yüksəlib.