İdman24
Futbol · APA Sport

“Arsenal” “Brayton”la bacarmadı

İngiltərə Premyer Liqasında V turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün növbəti matçlar baş tutub.

"Arsenal" "Brayton"un qonağı olub. Görüş son çempion üçün arzuolunmaz nəticələnib. "Qağayılar" 3:0 hesablı qələbəyə sevinib.

"Everton" "İpsviç"lə qarşılaşıb. Liverpul təmsilçisi minimal hesablı qalibiyyət əldə edib.

"Nyukasl" isə "Hall Siti"ni qəbul edib. "Sağsağanlar" üç xalı 2:1 hesabı ilə qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə