İdman24
Döyüş İdmanı · APA Sport

Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala yiyələnib.

Toplamda 272 kq nəticə göstərən F.Allahverdiyev iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib.

Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc, ümumilikdə 15 medalla başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə