"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək Futbol 08 noyabr, 2026 09:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq.
"Report" un məlumatına görə, sonuncu oyun günündə daha iki matç keçiriləcək.
İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 10 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 9 xalla doqquzuncu pillədə qərarlaşıb.
Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan paytaxt klubu 20 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci yerdədir.
Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Премьер-лиге Азербайджана сегодня завершится XI тур --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 09:33 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Komanda 09:30 Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər Daxili siyasət 09:20 Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib Hadisə 09:11 Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb Daxili siyasət 09:02 BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib Digər ölkələr 09:00 "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək Futbol 08:55 Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib Digər ölkələr 08:43 Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar Media 08:31 Koalisiya qüvvələri husilərin ballistik raketini vurub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.