İdman24
Futbol · Report İdman

Rəcəb Fərəczadə: "Kobud səhvlər Çempionlar Liqasındakı hər iki oyunda nəticəyə mənfi təsir etdi"

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 28° C USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəcəb Fərəczadə: "Kobud səhvlər Çempionlar Liqasındakı hər iki oyunda nəticəyə mənfi təsir etdi" Futbol 24 sentyabr, 2026 12:19 "Aznur" komandasının minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ilk iki matçının nəticəsinə buraxılan kobud səhvlər mənfi təsir göstərib.

Bunu "Report" a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis uduzduqları ilk iki qarşılaşmanı təhlil edib:

"İlk oyunda açıq-aşkar üstünlük bizdə idi, lakin qol epizodlarından istifadə edə bilmədik. Rəqib demək olar ki, bütün heyətlə müdafiədə oturdu. Həm ilk, həm də ikinci hissədə yüzfaizli qol imkanlarımız oldu. Yararlana bilmədik, onlar isə iki kobud səhvimizdən qollar vurdular və sonradan vəziyyəti xilas edə bilmədik. Şanslar yaratsaq da, matç 0:2 hesabı ilə başa çatdı".

R.Fərəczadə ikinci matçdakı rəqibdən və fiziki bərpa vaxtının azlığından söz açıb:

"Növbəti rəqibimizlə görüş birincidən 3 saat sonra keçirildi. Birinci komanda Polşa təmsilçisi idi, heyətlərində 22-24 yaşlı futbolçular yer almışdı. İkinci rəqib isə bir az yaşlı kollektiv idi. Futbolçulara dedim ki, bu bizim üçün yaxşı şansdır, onlara nisbətən cavanıq. Həm də bərpa üçün vaxtımız çox az - cəmi 3 saat olmuşdu. İkinci oyunda başa-baş mübarizə getdi. Buraxılan üç topdan ikisini kobud səhvlər ucbatından qapımızda gördük".

R.Fərəczadə rəqiblərin fiziki hazırlıq səviyyəsinə toxunub:

"Ümumi götürsək, komandam fiziki olaraq bu turnirə hazır idi. Bu il həqiqətən çox iddialı komandalar var. Taktiki və texniki baxımdan o qədər üstün olmasalar da, fiziki cəhətdən çox hazırlıqlıdırlar. Hətta deyərdim ki, bizim oyunçuların 70 faizindən üstündürlər. Onların güc futbolu oynadıqlarının şahidi oldum".

"Aznur"un baş məşqçisi növbəti oyun haqqında da fikir bildirib:

"Hər qarşılaşmada qələbə şansı var. Matça yüz faiz, tam motivasiyalı hazır olmalısan. Biz Azərbaycanı təmsil edirik və Çempionlar Liqasında çıxış edirik. Hər oyuna yüksək əzmlə çıxmalısan. Sonuncu oyunumuz macarlara qarşı olacaq. Macarıstan komandası demək olar ki, turnirin favoritidir. Qrupumuz həqiqətən çətindir. Üçüncü matçımız Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bəhanə gətirmək istəmirəm, amma təşkilatçılıq bir qədər pisdir. Saat 14:00-da oynayırsan, 15:00-da matç bitir, 19:00-da isə növbəti oyun var. Saat 16:00-da hotelə çatırıq, 1-2 saat sonra yenidən meydançaya yollanmalı oluruq".

Qeyd edək ki, Çempionlar Liqasının F qrupunda mübarizə aparan "Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilib.

Komanda qrupdakı son matçını bu gün saat 16:00-da Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirəcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 Bakı 28° C Son xəbərlər 13:11 "Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çatıb Formula 1 13:06 Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb Region 13:06 Foto Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb İdman 13:03 Foto İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib Xarici siyasət 13:01 Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb Region 12:59 "Formula 1": "Mersedes" pilotu Antonellinin bolidində problem aşkarlanıb Formula 1 12:57 Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb Biznes 12:57 Video Əbilkənd kəndi: adı dəyişdirilmiş, əhalisi deportasiya edilmiş Azərbaycan yurdu Elm və təhsil 12:52 Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH Analitika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə