İdman24
Digər · APA Sport

“IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO

Bakıda keçirilən “IRONMAN 70.3 Baku” triatlon yarışında ilk finişə çatan idmançı müəyyənləşib.

Apasport.az xəbər verir ki, finiş xəttini ilk olaraq xorvatiyalı triatlonçu Matej Jukiç keçib.

O, 113 kilometrlik məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə qət edərək yarışın qalibi olub.

Qeyd edək ki, “IRONMAN 70.3 Baku”da 62 ölkədən 1500-dən çox triatlonçu iştirak edir. Yarışçılar 1,9 km üzgüçülük, 90 km velosiped və 21,1 km qaçış mərhələlərində mübarizə aparırlar.

Orijinal mənbə

İdman24 əsas səhifə