İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Fərdi 24 sentyabr, 2026 21:44 Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.

Azərbaycan Boks Federasiyasından "Report" a verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Ondan öncə Səidcəmşid Cəfərov (75 kq) da adını finala yazdırıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykin (İngiltərə) üzərində qələbə qazanıb – 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28). Cəfərov sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) gücünü yoxlayacaq.

Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarışı bürünc mükafatla bitirib. Sentyabrın 25-də - çempionatın son günündə Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Азербайджанский боксер Субхан Мамедов стал чемпионом Европы Foto Azerbaijani boxer Subhan Mammadov crowned European champion USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 22:50 Türkiyədə maliyyə nazirinin istefa verdiyinə dair iddialar təkzib edilib Region 22:32 Foto Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər Digər ölkələr 22:18 Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq Digər ölkələr 22:06 ABŞ-də üç media qurumunun jurnalistlərinin Ağ Evə girişi bərpa olunub Digər ölkələr 21:57 SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub Region 21:44 Foto Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Fərdi 21:29 NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır Digər ölkələr 21:20 Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb Region 21:06 Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib Şou-biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə