Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub Fərdi 19 noyabr, 2026 14:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azyaşlı uşaqların Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib.
Bu barədə "Report" a AGF-dən məlumat verilib.
Özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edərək onları məşq zalı ilə tanış edib, milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib.
Balaca qonaqlar peşəkar idmançıların məşq prosesini yaxından izləmək və güləş mühiti ilə tanış olmaq imkanı əldə ediblər.
Daha sonra sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əsgərxan Novruzov güləşə yeni başlayanlar üçün nəzərdə tutulan bir sıra ilkin texniki elementləri nümayiş etdirib. Uşaqlara idmanın fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə də məlumat verilib.
Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi keçirilib. Uşaqlar məşqçilərlə xatirə şəkilləri çəkdirərək ekskursiyanı xoş təəssüratlarla başa vurublar.
AGF bu tip tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini dəstəkləyir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.