Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Ukraynaya qalib gələcəyimizi gözləmirdik"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Ukraynaya qalib gələcəyimizi gözləmirdik" Futbol 23 noyabr, 2026 09:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Voleybol üzrə 16 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsində Ukrayna yığmasına 3:0 hesabı ilə qalib gəlməsi gözlənilməz olub.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Cahangir Seyyed Abbasi Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis turnirdə keçirdikləri qarşılaşmaları dəyərləndirib:
"Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası - EEVZA) ilk oyunumuz ev sahibi Latviya millisinə qarşı oldu. Görüşə yaxşı başlamışdıq, amma birinci setin ortalarında əsas voleybolçularımızdan birinin zədələnməsi komandaya mənfi təsir göstərdi və müəyyən ruh düşkünlüyü yaratdı. Həm bu matçda, həm də növbəti oyunda məğlub olduq. Sonuncu qarşılaşmamızda isə Ukrayna seçməsi ilə üz-üzə gəldik. Bu görüşün bizim üçün nə qədər vacib olduğunu bütün komanda yaxşı anlayırdı. Sevindirici haldır ki, həmin matçda hər bir voleybolçumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Kollektivimiz baxımlı oyun nümayiş etdirdi, bütün tapşırıqları düzgün icra etdi. Açığı, 3:0 hesablı belə inamlı qələbə qazanacağımızı gözləmirdik. Bu qarşılaşma idmançılarımıza düzgün və intizamlı oyunun hansı nəticələr verə biləcəyini də göstərdi".
Baş məşqçi zədə amilinin nəticələrə təsirindən və gələcək hədəflərdən də danışıb:
"Düşünürəm ki, ilk matçda voleybolçumuz zədələnməsəydi, digər görüşlərdə də daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım. Əlbəttə, istəyimiz bu yarışda bütün oyunlarda qalib gəlmək idi. Lakin burada mübarizə aparan kollektivlərin hər birinin uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu bilirdik. Bununla belə, biz də üzərimizdə işləməyə davam edəcəyik. İnanıram ki, qarşıdakı turnirlərdə bu təcrübədən düzgün dərs çıxararaq daha yaxşı çıxış edəcək və uğurlu nəticələr qazanacağıq. Mən hər zaman komandamıza dəstək olan və bizə inanan AVF rəhbərliyinə, məşqçi və həkim heyətinə, eləcə də azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, noyabrın 19-22-də Latviyanın paytaxtı Riqada keçirilən turnirin B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 0:3, Finlandiyaya isə 1:3 hesabı ilə uduzub. Komanda 5-ci yer uğrunda görüşdə Ukraynanı 3:0 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.