İdman24
Futbol · APA Sport

"Neftçi" "Sabah"la oyunun hazırlığını başa vurub

Neftçi" Misli Premyer Liqasının VII turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığı başa çatıb.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşü oktyabrın 9-u saat 19:30-da başlanacaq.

Qeyd edək ki, matçın biletlərini “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə