İdman24
Futbol · APA Sport

“Qəbələ”dən yeni transfer

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.

29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Dinamo” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Ankaragücü”, “Konyaspor”, “Pendikspor”, “Adanaspor” kimi klublarda çıxış edib. O, son olaraq İraqın “Zakho” komandasının şərəfini qoruyub.

Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə