Döyüş İdmanı · APA Sport
Boksçularımız Kastamonuda Türkiyə millisi ilə hazırlıq keçəcək

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.
Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.