Futbol · APA Sport
“Yunayted”dən xal itkisi, London derbisində sevinən tərəf “Arsenal” oldu

İngiltərə Premyer Liqasında III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri olan “Mançester Yunayted” səfərdə “Everton”la üz-üzə gəlib.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun son matçı London derbisi ilə yadda qalıb. Son çempion “Arsenal” öz meydanında “Çelsi”ni qəbul edib. Üç qolun vurulduğu görüşdə sevinən tərəf “topçular” olub – 2:1.