İdman24
Digər · Report İdman

"DH Volley"in üzvü Polina Rəhimova: "Cari mövsüm qarşımıza böyük hədəflər qoymuşuq"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "DH Volley"in üzvü Polina Rəhimova: "Cari mövsüm qarşımıza böyük hədəflər qoymuşuq" Komanda 29 oktyabr, 2026 11:27 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"DH Volley" klubu cari mövsüm qarşısına böyük hədəflər qoyub.

Bu barədə "Report" a komandanın voleybolçusu Polina Rəhimova açıqlama verib.

Təcrübəli oyunçu Danimarkada "Holte IF" kollektivinə qalib gəldikləri (3:1) CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Rəqib də yaxşı oyun göstərdi. Məncə, xüsusilə servisdə yaxşı təsir bağışladılar. Bir setdə uduzsaq da, əsas odur ki, matçdan qələbə ilə ayrıldıq. Ölkələr arasında üç saatlıq vaxt fərqi də var. Düşünürəm ki, bu amil də öz oyunumuzu göstərməyə müəyyən qədər təsir etdi. İnanıram ki, cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyik. Çünki bu dəfə doğma meydanda oynayacağıq və bu, bizim üçün əlavə üstünlükdür. Bu mövsüm qarşımıza böyük hədəflər qoymuşuq. CEV Çelenc Kubokunda mümkün qədər irəli getmək, ölkə çempionatında isə çempion olmaq istəyirik".

36 yaşlı voleybolçu bildirib ki, hər bir idmançının qarşısında böyük məqsədlər olmalıdır:

"Yüksək nəticələr əldə etmək üçün ilk növbədə özünə inanmalı və böyük hədəflər qoymalısan. Bu, komandamızın ilk rəsmi matçı idi. Hələ bir-birimizə uyğunlaşma prosesindəyik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı oyun göstərəcək. Komandama uğurlar arzulayıram və inanıram ki, qarşıda bizi uğurlu oyunlar gözləyir".

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 5-də Bakıda keçiriləcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 12:39 İRİA: Startapların əsas problemlərindən biri maliyyəyə əlçatanlığın artırılmasıdır İKT 12:39 Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir Milli Məclis 12:39 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası azaldılıb Hadisə 12:37 Sabah Bakıda hava yağmursuz olacaq Ekologiya 12:34 Əli Hüseynli: Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası daim təkmilləşir Milli Məclis 12:30 Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb Maliyyə 12:27 SOCAR-ın idarəsi 9 ayda qeyri-neft ixracından 251 milyon dollar gəlir əldə edib Energetika 12:27 Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq Maliyyə 12:26 Foto Ceyhun Bayramov: TDT-yə BMT BA-da müşahidəçi statusunun verilməsi üçün diplomatik səyləri artırmalıyıq Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə