İdman24
Futbol · APA Sport

Portuqaliyadan Azərbaycana - Eduardo rəsmən "Sabah"da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Portuqaliyanın “Jil Visente” klubunun hücumçusu Karlos Eduardonu icarəyə götürüb.

24 yaşlı braziliyalının icarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı seçim imkanının da yer aldığı bildirilib.

Bununla yanaşı, Karlos Eduardonun Portuqaliya klubu ilə müqaviləsi daha bir il uzadılıb.

Orijinal mənbə

İdman24 əsas səhifə