İdman24
Digər · APA Sport

Milli komandaların hazırlıq prosesi davam edir

Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə seçim prosesi davam edir.

Apasport.az xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.

Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Qeyd edək ki, toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək. Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək.

Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Orijinal mənbə

İdman24 əsas səhifə