Rahid Əmirquliyev yenidən "Səbail"də

Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” komandanın sabiq kapitanı Rahid Əmirquliyevi yenidən heyətinə cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Rahid Əmirquliyev 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub, komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.
Rahid Əmirquliyev "Səbail"in tarixində Azərbaycan Premyer Liqasında 100 oyun keçirən ilk futbolçu kimi tarixə düşüb. O, bu əlamətdar göstəriciyə 5 dekabr 2022-ci ildə “Qəbələ” ilə keçirilən çempionat oyununda nail olub.