Digər · APA Sport
"Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı

"Qalatasaray" heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Renn" klubunda çıxış edən Abdelhamid Ait Budlalla maraqlanır.
Məlumata görə, "Qalatasaray" artıq 19 yaşlı mərakeşli futbolçunun meneceri ilə ilk təmasları qurub. Şəxsi müqavilə ilə bağlı razılıq əldə olunacağı təqdirdə, "sarı-qırmızılılar" "Renn"ə rəsmi təklif göndərəcək.
Bildirilir ki, Ait Budlalın U-23 legioner kontingentinə uyğun olması da "Qalatasaray" rəhbərliyinin futbolçuya marağını artıran əsas amillərdən biridir.
Qeyd edək ki, Abdelhamid Ait Budlal "Renn"ə 2024-cü ildə Mərakeşin "FUS Rabat" klubundan transfer olunub. O, Mərakeşin aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinir.