İdman24
Futbol · APA Sport

"Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı

“Komо” hücumçusu Roberta Piççi ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçuya süd vəzi xərçəngi diaqnozu qoyulub.

Klub buna baxmayaraq, Piççi ilə yeni müqavilə imzalayıb. Tərəflər arasındakı anlaşmanın müddəti 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub.

“Komо”nun açıqlamasında futbolçunun müalicəyə başlayacağı bildirilib. Müalicə prosesi klubun tibbi heyətinin və müvafiq mütəxəssislərin nəzarəti altında həyata keçiriləcək.

Klub Roberta Piççi və ailəsinə qarşıdakı aylarda lazımi dəstəyin göstəriləcəyini də vurğulayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə