Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb Futbol 29 sentyabr, 2026 22:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun öncəsi komandanın ümumi məşqində iştirak etməyib.
"Report" xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
41 yaşlı futbolçu Malmödə məşqin başlamasına təxminən 30 dəqiqə qalmış meydana çıxıb. Lakin daha sonra soyunub-geyinmə otağına yollanaraq komandanın qaldığı otelə qayıdıb.
Portuqaliya Futbol Federasiyası (FPF) bildirib ki, Ronaldu otelin idman zalında fərdi məşq keçib. Buna səbəb kimi komandanın məşq etdiyi stadionda fərdi hazırlıq üçün lazımi avadanlığın olmaması göstərilib.
Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının II turunda Norveçi 2:1 hesabı ilə məğlub edib. Ronaldu həmin görüşdə ehtiyat oyunçular sırasında yer alıb və meydana çıxmayıb. Baş məşqçi Jorji Jezuş isə futbolçunun fiziki probleminin olmadığını bildirib.
Danimarka – Portuqaliya qarşılaşması oktyabrın 1-də Kopenhagendə keçiriləcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 23:34 Aİ qışda enerji qıtlığı gözləmir, lakin qiymətlərin artmasına hazırlaşır Digər ölkələr 23:20 ABŞ Maliyyə Nazirliyi İranı dəstəkləyən 10 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib Digər ölkələr 22:56 Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək Region 22:40 Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir Xarici siyasət 22:37 Əhməd Əl Şaraa Kaya Kallasla regiondakı vəziyyəti müzakirə edib Digər ölkələr 22:28 Pentaqonda general və admiral vəzifələrinin sayı 20 % azaldılacaq Digər ölkələr 22:22 Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb Futbol 22:20 Video Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb Region 22:13 İspaniyada mənzil böhranının həlli üzrə yeni tədbirlər elan edilib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.