Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Kris Smollinq karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu “Portu” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Müqavilədə daha bir il uzadılma imkanı da nəzərdə tutulub.
Təcrübəli müdafiəçi yayda Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubundan ayrıldıqdan sonra azad agent statusunda idi. Onun adı daha əvvəl Şotlandiyanın “Reyncers” klubu ilə hallansa da, keçid baş tutmamışdı.
Smollinq peşəkar karyerası ərzində “Fulhem”, “Mançester Yunayted”, “Roma” və “Əl-Fayha”da çıxış edib. O, “Mançester Yunayted”lə iki dəfə İngiltərə Premyer Liqasının qalibi olub, “Roma” ilə isə 2022-ci ildə UEFA Konfrans Liqasını qazanıb.
Qeyd edək ki, Kris Smollinq İngiltərə millisində 31 oyun keçirib.