Rahid Əmirquliyev: "Azərbaycan Premyer Liqasından gəlib, I Liqada oynamaq asan deyil"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 29° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rahid Əmirquliyev: "Azərbaycan Premyer Liqasından gəlib, I Liqada oynamaq asan deyil" Futbol 16 sentyabr, 2026 16:49 Azərbaycan Premyer Liqasından gəlib, I Liqada oynamaq asan deyil.
Bunu "Report" a açıqlamasında "Səbail"in futbolçusu və klub prezidenti Mirzə Bayrampurun müşaviri Rahid Əmirquliyev deyib.
Təcrübəli yarımmüdafiəçi I Liqanın II turunda "Mingəçevir"ə qarşı meydana çıxmasından danışıb:
"I Liqanın səviyyəsi ilə Premyer Liqa arasında fərq var. Lakin inanın ki, I Liqada oynamaq elə də asan deyil. Ötən il də aşağı dəstədə çıxış etmişdim. Bəzən düşünürlər ki, Premyer Liqadan gəlib I Liqada asanlıqla oynayacaqlar, amma elə olmur. Burada oynamaq çox çətindir".
O, mövsümə xal itkisi ilə başlamaları və növbəti matçda qələbə qazanmaları barədə söz açıb:
"Sevindirici haldır ki, son oyunumuzda qələbə qazandıq. Baxmayaraq ki, ilk turda xal itirmişdik. Vəziyyəti müsbətə doğru dəyişməyə çalışırıq. Lakin bildirməliyəm ki, "Mingəçevir" komandası ilə matç bizim üçün asan olmadı. I turda xal itirməyimizə baxmayaraq, tək hədəfimiz çempion olmaqdır. Hər oyuna da maksimum nəticə qazanmaq üçün çıxacağıq. Qarşıda bizi uzun çempionat gözləyir. Bəzən xal itkiləri ola bilər, lakin sonda sevinən tərəf olmaq istəyirik".
Qeyd edək ki, 37 yaşlı futbolçu cari mövsüm "Səbail" komandası ilə "1+1" illik müqavilə imzalayıb. Onun komandası I Liqanın ilk turunda "Xankəndi" komandası (1:1) ilə bərabərə qalıb, II turda isə "Mingəçevir"ə (2:1) qalib gəlib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 29° C Son xəbərlər 19:07 İsrail və Livanın ABŞ-dəki səfirləri Vaşinqtonda görüşüblər Digər ölkələr 18:55 Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır Xarici siyasət 18:45 BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib Fərdi 18:35 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb İnfrastruktur 18:32 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır İnfrastruktur 18:22 Foto Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar Din 18:22 Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib İnfrastruktur 18:21 Foto Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub Xarici siyasət 18:19 Foto AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib İKT Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.