İdman24
Digər · APA Sport

Skaloni: “Meydanda son gücümüzə qədər mübarizə aparacağıq”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünü etiraf etsə də, komandasının finala yüksəlmək üçün əlindən gələni edəcəyini bildirib:

“Rəqibin heyətində çox keyfiyyətli futbolçular var və biz onların təsirini minimuma endirməyə çalışacağıq. İndiyədək əldə etdiklərimizi yüksək qiymətləndirməliyik. Finala yüksəlmək üçün meydanda son gücümüzə qədər mübarizə aparacağıq. Qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər istək və ambisiyamız var”.

Skaloni komandasının oyun fəlsəfəsindən də danışıb: “Əsas ideyamız topa sahib olmaqdır. Topu itirdiyimiz anlarda isə bundan mümkün qədər az əziyyət çəkməyə çalışacağıq”.

Qeyd edək ki, İngiltərə – Argentina yarımfinal görüşü bu gün ABŞ-nin Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə